dispute.az haqqında: qiymət müqayisə saytı

dispute.az (Disput.az, Диспут.az) Azərbaycanda elektronika və məişət texnikasının qiymətlərini mağazalar üzrə müqayisə edən saytdır.

Nə edirik

Eyni məhsulun müxtəlif mağazalardakı qiymətini bir səhifədə yan-yana göstəririk: ən ucuz təklif, kredit şərtləri və qiymət tarixçəsi. Hazırda 37 mağaza izlənir və saytda 21 009 məhsul var: televizor, soyuducu, paltaryuyan maşın, kondisioner, noutbuk, smartfon, planşet, monitor, printer və digər kateqoriyalar.

Qiymətləri necə toplayırıq

Qiymətlər mağazaların öz saytlarından avtomatik oxunur və bir neçə saatdan bir yenilənir. Biz satıcı deyilik: sifariş və ödəniş mağazanın özündə olur. Mağazanın saytında qiymət dəyişibsə, orada göstərilən qiymət əsasdır, ona görə alışdan əvvəl onu mağazanın saytında yoxlayın.

Qiymət tarixçəsi və bildirişlər

Hər məhsul üçün son günlərin qiymət xətti göstərilir, beləliklə qiymətin düşüb-düşmədiyini görə bilərsiniz. Telegram botumuz izlədiyiniz məhsulun qiyməti düşəndə xəbər verir.

Səhv gördünüz?

Qiymət, stok və ya model səhvdirsə, məhsul səhifəsindəki «Səhv var?» düyməsi ilə bildirə bilərsiniz. Mesajlar nəzərdən keçirilir.

Mağaza sahibləri üçün

Mağazanız siyahıda yoxdursa, adını və istəyə görə əlaqə məlumatını göndərin. Maraq çox olarsa, mağazanı əlavə edib sizinlə əlaqə saxlayacağıq.

Mağazanı əlavə et →

Saytın adı

Sayt dispute.az adı ilə tapılır; bəzən Disput.az, Disput, Диспут.az, Диспут kimi də yazılır. Bunların hamısı eyni saytdır.